• $
  • €
  • ₽
  • ₺
  • £

Futbolçu “Hafka”nın bankında pulunun batdığını etiraf etdi

Futbolçu “Hafka”nın bankında pulunun batdığını etiraf etdi
09.07.2014 13:00
“Bakı”nın bəzi futbolçularının “Bank Of Azerbaijan” bankına qoyduğu vəsaitin yoxa çıxması ilə bağlı mətbuatda məlumatlar dərc olunub.ANN.Az publika.az-a istinadən xəbər verir ki, bu məlumatlarda “Bakı”nın futbolçuları Əfran İsmayılovun bankda 400, Elvin Əliyevin isə 350 min manat vəsaitinin yoxa çıxdığı bildirilirdi. Futbolçular vəsaitlərini banka depozit kimi qoymaqla əlavə faiz qazanmaq istəsələr də, əllərindəkini də itiriblər.Onlar bunun səbəbini araşdırarkən bəlli olub ki, klubdan futbolçuların adına kredit götürülüb. Krediti isə  depozit kimi qoyulmuş vəsaitdən  çıxıblar. Konkretləşdirsək, sabiq “Texnikabank”ın filiallarında baş verən kredit oyunu burada da təkrarlanıb. Depozit yerləşdirən şəxsin adına kredit xətti açılıb. Vəsiti yoxa çıxan futbolçular “Bakı”nın prezidenti Hafiz Məmmədovla görüşmək istəsələr də, buna nail ola bilməyiblər.Publika.az xəbər verir ki, Elvin Əliyev məlumatı təsdiqləyib. Futbolçu “Komanda” qəzetinə verdiyi müsahibədə bankdan pulunu ala bilmədiyini etiraf edib:“Doğrudur, belə bir şey var. Biz pulumuzu bankdan götürə bilmirik. Öz adımdan danışsam, daha yaxşı olar. Banka müraciət etmişəm. Bilirik ki, Hafiz Məmmədovun maliyyə məsələləri ilə bağlı problemləri var. Bu problem bankdan da yan keçməyib. Gözləməyi məsləhət görüblər. İstənilən halda, pulumu alacam”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol