• $
  • €
  • ₽
  • ₺
  • £

Sabirabadda saqqal kəsmiş şəxsin atası: Üzr istəyirəm - FOTOLAR

Sabirabadda saqqal kəsmiş şəxsin atası: Üzr istəyirəm - FOTOLAR
09.07.2014 11:42

“Biz və ailəmiz daima ölkəmizə və rayonumuza sadiq olmuşuq”.

Bir neçə gün əvvəl Sabirabadda dini zəmində baş verən hadisə zamanı Cavanşir Zərbəliyevin saqqalını kəsmiş Rəmzi Zeynalovun atası Ramiz Xanlar oğlu Zeynalov ictimaiyyətə və mətbuata müraciət edib. 

Ramiz Zeynalovun Qafqazinfo-ya daxil olmuş müraciətində o, oğlunun hərəkətinə görə üzr istəyib.

“4 iyul 2014-cü il tarixdə oğlum Rəmzi Zeynalovun Sabirabad şəhər bazarında Kürdəmir rayon Sığırlı kənd sakini Cavanşir Zərbaliyev adlı şəxslə arasında narazılıq baş vermişdi. Həmin hadisə rayonumuzda ortalığı qarışıdıraraq sabitliyi pozmaqda maraqlı olan şəxslər tərəfindən mobil telefonlarla çəkilərək internet saytlarında yüklədildi. Bu hadisə ilə bağlı oğlum Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edildi. Mən və ailəmiz hamısı belə bir hadisənin baş verməsində təəssüflənirik və peşmançılıq keçiririk. Oğlum Rəmzi həbs edildikdən sonra da onunla bağlı internet saytlarında yanlış yazılar yazılmaqla rayonumuzda və ölkəmizdə əhali arasında çaşqınlıq yaradacaq fotoşəkillər paylaşıldı. Bu gündə həminçaşqınlıq yaratmaq istəyən şəxslərdən biri “odnokllasnik” saytında Rəmzinin oğlu nəvəm Ramizin adından yazı yazaraq guya oğlumun belə etməsinə polisin “dobro”, yəni icazə verdiyini və oğlumun bunu haqlı olaraq etdiyini göstəriblər. Hər kəsə bildirmək istəyirəm ki, mənim nəvəmin internetdə yazıldığı kimi 20 yox, 12 yaşı vardır. Nəvəm məktəbli olmaqla 8-ci sinif şagirdidir. Mən hər kəsə demək istəyirəm ki, həmin yazıları nəvəmin adından kimlərsə araqarışdıran şəxslər yazırlar. Biz və ailəmiz daima ölkəmizə və rayonumuza sadiq olmuşuq. Heç vaxt rayonumuzda hər hansı qarışıqlıq olmasını istəməmişik. Mən dövlət orqanlarına müraciət edərək bildirmək istəyirəm ki, həmin yazıları bizim ailəmizin adından yazaraq əhali arasında narazılıq yaradan şəxləri tapsınlar və həmin şəxsləri cinayət məsuiliyyətinə cəlb etsinlər. Bundan başqa, mən üzümü mətbuat işçilərinə tuttaraq demək istəyirəm ki, bizim ailəmizin adından yazılan uydurma sözlərə inanmasınlar və ölkədə təxribat yarada biləcək məqalələləri və fotoşəkillər dərc etməsinlər. Əgər mətbuatda oğlum və bizim ailəmizlə əlaqədar hər hansı bir məlumat dərc etmək istəyirsinizsə həmin məlumatın doğruluğunu dəqiqləşdirmək məqsədilə mənimlə əlaqə saxlasınlar.

Mən öz adımdan və ailəmin adından üzümü Cavanşir Zərbaliyevə və onun ailə üzvlərinə tutaraq oğlumun hərəkətlərinə görə peşmançılıq keçirdiyimizi bildirirəm və oğlumun hərəkətlərinə görə onlardan üzr istəyirəm.  

Əziz mətbuat işçiləri !

Bir daha üzümü sizə tutaraq deyirəm ki,  ailəmizin adından bizə aid olmayan, yalan olaraq təxribata meylli məqalələri və fotoşəkilləri sizlərə göndərən şəxslərə inanmayasınız və ölkədə qarışıqlıq yaranmasına köməklik etməyəsiniz” - deyə, Ramiz Quliyev müraciətində bildirib.

Rəmzi Zeynalovun atası, 72 yaşlı Ramiz Zeynalovun və eyni ad-soyadlı 12 yaşlı oğlunun fotolarını da təqdim edir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol