• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Mətbuat Günündə mükafatlar paylanacaq

Milli Mətbuat Günündə mükafatlar paylanacaq
09.07.2014 10:45
Redaksiyalara pul verilməsi nəzərdə tutulmayıbBu il Milli Mətbuat Günündə KİV-in İnkişafına Dövlət Dəstəyi Şurası ilə Mətbuat Şurasının ənənəvi bayram tədbiri keçiriləcək. Bu barədə “Yeni Müsavat”a açıqlamasında MŞ sədri Əflatun Amaşov bildirdi. Onun sözlərinə görə, hazırda tədbirlə bağlı bəzi detallar dəqiqləşməyib, son hazırlıq işləri tamamlanır. Bu səbəbdən də bayramın keçiriləcəyi məkan, saat, eləcə də bəzi detallar dəqiq deyil. Amma 22 iyulda keçiriləcək bayram tədbirində jurnalistlərin mükafatlandırılacağı gözlənilir. Bu mükafatlar KİVDF-nin jurnalist müsabiqəsinin qalibləri üçün nəzərdə tutulub. Bundan başqa, bir çox jurnalistlərə Ali Media Mükafatı da veriləcək. Hələ ki, Ali Media Mükafatının qalibləri bəlli deyil. Bununla bağlı müzakirələr aparılır. Müsahibimiz dedi ki, bayram münasibətilə redaksiyalara birdəfəlik yardım ayrılması nəzərdə tutulmayıb. Ə.Amaşov dedi ki, bu ənənənə KİVDF yaranana qədər mövcud idi. Amma daha sonra sözügedən qurumun yaranması ilə ildə iki dəfə redaksiyalara yardım ayrıldı və Milli Mətbuat Günündə yardım qüvvədən düşdü. Xatırladaq ki, Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatının ötənilki laureatları aşağıdakılar olub: 1-ci dərəcəli Ali Media Mükafatı Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədliyə, 2-ci dərəcəli Ali Media Mükafatı Elçin Mirzəbəyli (“Xalq Cəbhəsi” qəzeti), Bəhruz Quliyev (“Səs” qəzeti) və Tapdıq Abbasa (“Paralel” qəzeti), 3-cü dərəcəli Ali Media Mükafatı İsaməddin Əhmədov (Zərdabın “Əkinci” qəzeti), Yusif Rzayev ( “525-ci qəzet”), İlqar Rüstəmov (“Xalq qəzeti”), Bəxtiyar Qaraca (“Azərbaycan” qəzeti) və Xalid Niyazova (“Respublika” qəzeti) verilib. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol