• $
  • €
  • ₽
  • ₺
  • £

"Naxçıvan Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb

"Naxçıvan Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
17.07.2020 20:00
"Naxçıvan Bank" ASC bu ilin I yarısını 4,79 milyon manat xalis mənfəətlə başa vurub.

Anews.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çoxdur.

Yanvar-iyun aylarında "Naxçıvan Bank"ın gəlirləri 8,029 milyon manat (illik müqayisədə 61,7% çox), xərcləri 2,599 milyon manat (21,5% çox), xüsusi ehtiyatlara ayırmaları isə 640 min manat (6,1% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə "Naxçıvan Bank"ın aktivləri 241,859 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,1% çoxdur. Bunun 105,057 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 41,3% böyüyüb.

Hesabat dövründə "Naxçıvan Bank"ın öhdəlikləri 13,2% artaraq 153,201 milyon manata, o cümlədən depozit portfeli 6,8% artaraq 95,427 milyon manata, balans kapitalı isə 10,3% artaraq 88,658 milyon manata, o cümlədən nizamnamə kapitalı 13,9% artaraq 77,25 milyon manata çatıb.

Xatırladaq ki, "Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları 4 fiziki şəxsdir. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol