Karantində oğluna toy etdiyinə görə işdən çıxarılan generala vəzifə verdi- Paşinyandan TƏYİNAT

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Artak Davtyan hərbi-sənaye kompleksi komitəsinin başçısı təyin edilib.
Anews.az "Report”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytı məlumat yayıb.
Qeyd edək ki, Artak Davtyan koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimində iyunun 7-də oğluna toy eləmişdi. Həmin toyda 100-dən çox qonaq iştirak etmişdi.
Bu hadisə cəmiyyətdə böyük etiraz doğurmuşdu. Etirazlara cavab olaraq onun istefa verdiyi ehtimal edilir.
Xatırladaq ki, Davtyanın yerinə Onik Qasparyan təyin olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























