Abşeronda ağır qəza- ÖLƏN VƏ YARALANANLAR VAR!

Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən ANEWS.az-a verilən məlumata görə, hadisə iyulun 16-da saat 23 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qeydə alınıb.
Hökməli qəsəbə sakini K.İbadovun idarə etdiyi "VAZ-21099” və Bakı şəhər sakini Elxan Sadıqovun idarə etdiyi "VAZ-21074” markalı avtomobillər toqquşub.
Nəticədə E.Sadıqov və K.İbadovun sərnişini - anası Şahzadə hadisə yerində ölüb, E.Sadıqovun 4 sərnişini, habelə digər sürücü xəstəxanaya yerləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























