Qurban bayramı ilə bağlı satış məntəqələri açıqlanacaq- RƏSMİ

"Müqəddəs Qurban bayramı günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və insan sağlamlığına zərər vurmayan şəraitdə yerinə yetirmələri mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar hazırda dünyanı bürüyən COVID-19 pandemiyası ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi və təlimatı əsasında əksər ölkələrdə bir sıra kütləvi tədbirlərin, eləcə də dini ayin və mərasimlərin keçirilməsi təxirə salınıb, yaxud ciddi məhdudiyyətlər tətbiq olunan şəraitdə həyata keçirilməkdədir”.
"Hazırda AQTA mütəxəssisləri tərəfindən Respublika üzrə Qurban bayramı günlərində qurbanlıq heyvan ətlərinin mövcud tələblər çərçivəsində vətəndaşlara çatdırılması imkanlarına malik olan satış şəbəkələri ilə işlər aparılır, onların siyahısı tərtib olunur. Yaxın günlərdə həmin satış məntəqələrinin adları və ünvanları ictimaiyyətin diqqətinə çatdırılacaq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























