• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın məxfi poliqonunda istifadə olunan mobil telefon Azərbaycana necə gəlib çıxıb? - ŞOK DETAL

Rusiyanın məxfi poliqonunda istifadə olunan mobil telefon Azərbaycana necə gəlib çıxıb?  - ŞOK DETAL
19.07.2020 16:19
ABŞ-ın Missisipi ştatının universiteti Pentaqonun tapşırığı ilə Rusiya ərazisində istifadə olunan mobil telefonları, o cümlədən Severodvinsk ətrafındakı Nenoks qəsəbəsində yerləşən məxfi poliqonda istifadə olunan telefonları izləyib.
Anews.az  xəbər verir ki, izləmə nəticəsində həmin poliqonda istifadə olunan 48 mobil telefondan birinin sonradan Azərbaycanda qeydə alındığı üzə çıxıb.
Bu haqda "The Wall Street Journal” qəzeti yazır.
Mütəxəssislər analiz üçün açıq mənbələrdən məlumatları istifadə ediblər, onlar mobil əlavələrin topladığı və daha sonra reklam məqsədləri ilə yaydıqları informasiyaları təhlil ediblər.
Mütəxəssislər Arxangelsk vilayətinin Nenonks qəsəbəsi ətrafındakı məxfi hərbi poliqonda 2019-cu il avqustun 9-da istifadə olunan telefonları da izləyiblər.
Belə ki, bundan bir gün əvvəl poliqonda nüvə mühərrikinin sınaqları zamanı qəza baş vermişdi və bir neçə mütəxəssis həlak olmuşdu. Qərb mənbələri bildirirdi ki, poliqonda nüvə mühərrikli "Burevestnik” raketi üçün mühərrikin sınaqları keçirilirdi. Həmin sınaq isə uğursuz olub.
 

Poliqonda istifadə olunan 48 mobl telefondan biri sonradan Kubada, daha bir Azərbaycanda qeydə alınıb. Digər telefonların sahibləri isə Moskvaya, Sankt-Peterburqa, Severodvinskdəki və Arxangelskdəki qapalı hərbi obyektlərə gediblər.
Pentaqonda bu layihəni maliyyələşdirdiklərini təsdiq ediblər və bildirib ki, hərbçilər arasında informasiya mübadiləsinin yaxşı potensialı qeydə alınıb.
Qəzet yazır ki, eksperimentin məqsədi mobil rabitədən istifadə barədə açıq mənbələrdən toplanan informasiyaların hərbi və kəşfiyyat məqsədləri üçün istifadə imkanlarını göstərmək idi.
Virtualaz.org

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol