• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusu effektiv məhv edən üsul aşkarlanıb

Koronavirusu effektiv məhv edən üsul aşkarlanıb
20.07.2020 09:02
Günəş spektrinin ultrabənövşəyi şüaları koronavirusu tezliklə və effektiv məhv edir və buna görə COVID-19-la mübarizədə fəal istifadə oluna bilər.

ANEWS.az xəbər verir ki, bu barədə məşhur immunoloq, italyan bioloqlarının və fiziklərin bu problem üzrə tədqiqatına rəhbərlik edən Milan Dövlət Universitetinin professoru Mario Kleriçi bildirib.  

Milan Dövlət Universiteti immunoloqlarının və İtaliyanın Astrofizika Milli İnstitutu mütəxəssislərinin birgə tədqiqatının məzmununu özündə saxlayan material təhlükəli infeksiyaya qarşı mübarizə aparan digər alimlərin də onunla operativ tanış olmaları üçün bir qədər əvvəl dərc edilib.

"Tədqiqatın ilk mərhələsində Sars-CoV-2 virusunu su damlalarına yerləşdirdik və bu da koronavirusa yoluxmuş insanın öskürək və ya asqırması zaman meydana gələn təsiri təkrarladı. Bu halda virusun üç müxtəlif konsentrasiyası istifadə olunurdu.

Aşağı konsentrasiya otaqda virusa yoluxmuş bir insanın olduğu vəziyyətə, yüksək konsentrasiya isə ağır vəziyyətdəki COVID-19 xəstəsinin vəziyyətinə uyğun oldu, çox yüksək konsentrasiyanın real həyatda analoqu yoxdur.

Bütün bu materiallar qısa dalğalar aralığında - ultrabənövşəyi C (UF-C) şüalarının müxtəlif dozalarında günəş radiasiyasına məruz qaldı. Nəticədə aydınlaşdı ki, UF şüanın təsiri hətta kiçik dozalarda bir neçə saniyə ərzində virusun hərəkətsizləşdirməsinə gətirib çıxarmağa qadirdir”, - Klerici bildirib.

Qeyd edək ki, dünyada təhlükəli infeksiyaya yoluxanların ümumi sayı 14,6 milyon nəfərə çatıb. Bununla yanaşı, 608,9 min insan COVID-19-un qurbanı olub.

Təhlükəli koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol