• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 70-ə yaxın şəxs vaxtından əvvəl cəzadan azad olundu - RƏSMİ

Azərbaycanda 70-ə yaxın şəxs vaxtından əvvəl cəzadan azad olundu - RƏSMİ
20.07.2020 12:07
"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmana əsasən dövlət başçısının humanist siyasətinin təzahürü olaraq bu il mayın 1-də qəbul olunmuş Qanunla cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllər dekriminallaşdırılıb, zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunub.

Ədliyyə Nazirliyindən Anews.az-a verilən məlumata görə, bununla əlaqədar nazirlik tərəfindən yeni Qanunun tətbiqinin təmin edilməsi məqsədilə artıq 600 məhkumun işləri öyrənilib və onların qanunun təsiri altına düşməsi təhlil edilib.

COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin elan olunduğu indiki dövrdə bu innovasiyanın tətbiqi xüsusi əhəmiyyət kəsb etməklə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və əlçatanlığın asanlaşdırılmasına, tərəflərin təhlükəsizliyinin və məsafədən dindirilməsinin təmin olunmasına, əlavə vaxt itkisinin və xərclərin, süründürməçiliyin qarşısının alınmasına xidmət edir.

15.07.2020-ci il tarixdən yeni Qanunun qüvvəyə minməsi ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal zəruri tədbirlər görülüb və məhkəmələrin karantin rejiminə uyğun fəaliyyət göstərməsi nəzərə alınaraq iyulun 16-dan cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb. 

Nazirliyin vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu Komissiyasının rəyləri nəzərə alınmaqla göndərdiyi təqdimatlara məhkəmələr tərəfindən təxirəsalınmadan onlayn qaydada baxılaraq 70 nəfərə yaxın şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya daha yüngül rejimli müəssisəyə keçirilib.
Eyni zamanda, cəza siyasətinin humanistləşdirilməsinə dair yeni Qanunun təsiri altına düşən məhkumlarla bağlı təqdimatlara baxılaraq artıq 130 nəfərə yaxın şəxs müxtəlif cəzadan azad olunub və ya cəzası azaldılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol