Polis əməliyyat keçirib-SAXLANILANLAR VAR

Naftalan və Yevlax sakinlərində silah-sursat və narkotik aşkarlanıb.
Bu barədə ANEWS.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Naftalan şəhər sakini E.Şirəliyevin və Yevlax rayon sakini R.Bayramovun paytaxtın Nizami rayonu ərazisində kirəyədə yaşadıqları mənzilə baxış zamanı oradan "STRAŞ RS-22” markalı tapança, 20 ədəd patron və 180 qrama yaxın marixuana aşkar edilərək götürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























