• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 104 sahibkar qayda pozub- Iqtisadiyyat Nazirliyindən AÇIQLAMA

Daha 104 sahibkar qayda pozub- Iqtisadiyyat Nazirliyindən AÇIQLAMA
20.07.2020 15:54
İqtisadiyyat Nazirliyi xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə sahibkarlıq subyektlərində monitorinqləri davam etdirir.

Bu barədə Anews.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, iyulun 18-19-u tarixlərində keçirilmiş monitorinqlərdə Qaradağ rayonunda "Qaradağ market”də, Sali Yüzbaşova məxsus ərzaq mağazasında, Səidə Əbdürrəhmanovaya məxsus "Dönər evi”ndə, Nizami rayonunda Tofiq Aslanova, Şaiq Bayramlıya və Əsgər Əkbərova məxsus ərzaq mağazalarında, Nərimanov rayonunda Həşim Əfəndiyevə məxsus şirniyyat mağazasında, Pərvanə İsmayılovaya məxsus ”Dönərçi” ictimai-iaşə obyektində, Yasamal rayonunda "Oba market”də, Rafiq Əhmədzadəyə və Tale Əliyevə məxsus ərzaq mağazalarında, Suraxanı rayonunda Müşfiq Şamxalova məxsus ərzaq mağazasında, Ərşad Nəbiyevə məxsus ət dükanında, Nəsimi rayonunda "Nuray market”də, Əfqan Səfərova məxsus tikinti materialları mağazasında, Asiman Muxtarova məxsus mağazada, Lənkəran rayonunda Etibar Əliyevə məxsus baytarlıq aptekində, İlqar Axundova məxsus ərzaq dükanında, Füzuli rayonunda Elçin İbrahimova, Vəzifə Əzimovaya, Şaiq Hacıyevə məxsus mağazalarda, ümumilikdə isə, monitorinq aparılmış 962 obyektin 104-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlərdə xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2020-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.

18-19 iyul tarixlərində nəzarət-yoxlama tədbirləri keçirilmiş obyektlərin 54-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Qeyd edək ki, mayın 22-dən iyulun 20-dək monitorinq aparılmış 18 070 sahibkarlıq subyektindən 7 092-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol