• $
  • €
  • ₽
  • ₺
  • £

Yaşayış kompleksin yaxınlığında aparılan qanunsuz tikinti işləri dayandırılıb

Yaşayış kompleksin yaxınlığında aparılan qanunsuz tikinti işləri dayandırılıb
20.07.2020 16:10
Bakı şəhərinin Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində, "Üç Tac” yaşayış kompleksinin yaxınlığında yerləşən kiçik süni su hövzəsinin sahilində son günlər ərzində aparılmış torpaq planlaşdırma işləri ilə bağlı sosial media və mətbuatda yer almış məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri tərəfindən operativ qaydada araşdırılıb.

 Bu barədə Anews.az-a Komitədən bildirilib.

Müəyyən edilib ki, sözügedən ərazidə hər hansı tikinti niyyəti ilə bağlı Komitəyə müraciət daxil olmayıb və həmin sahədə tikintiyə icazə icraatı həyata keçirilmir. Bununla bağlı Komitə tərəfindən Yasamal rayon İcra Hakimiyyəti ilə təcili əlaqə yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq ərazidə aparılan işlərin dayandırılması, texnikanın ərazidən çıxarılması təmin edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bildirir ki, həmin ərazini nəzarətə götürüb və Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə, habelə ətrafda yaşayan sakinlərin mənafelərinə zidd olan hər hansı tikinti işlərinin aparılmasına yol verilməyəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır və müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi alınmadan hər hansı tikinti işlərinin aparılmasının qadağan olduğunu diqqətə çatdırır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol