İmtahanlarda indiyədək neçə koronavirusa yoluxanlar olub?- DİM-dən AÇIQLAMA

"Pandemiya şəraitində imtahanların keçirilməsi ilə bağlı təlimat hazırlanıb”.
Anews.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyib.
"DİM tərəfindən pandemiya şəraitində imtahanların keçirilməsi üçün addımlar atılıb, imtahanlar lokallaşdırılıb. İmtahanlarda kütləviliyin azaldılması üçün bütün şəhər və rayonlarda bu imtahanları keçirmişik, lokallaşdırma aparılıb. Bu, imtahanlarda bir binada 220-250 nəfərin iştirak etməsinə imkan verib. İndiyə qədər imtahanlarda koronavirusa yoluxma qeydə alınmayıb”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























