• $
  • €
  • ₽
  • ₺
  • £

Qusarda ət üsyanı

Qusarda ət üsyanı
08.07.2014 15:44
Qusarda mərkəzi bazarı 3 gündür qaranlığa qərq olub. Bazarın satıcılarının ANS PRESS-ə etdiyi şikayətə görə, bazarda elektrik enerjisinin kəsilməsi onların işinə mənfi təsir edib.Əsas problem isə ət bazarında yaranıb. Qəssabların dediklərinə görə, kəsilən ətlərin hamısı xarab olur. Bu da onlara böyük məbləğdə zərər vurur.Qəssab Rövşən Həbibovun ANS PRESS-in bölgə müxbirinə etdiyi şikayətə görə, bazar rəhbərliyi məsələyə laqeyid münasibət bəsləyir.“Hər ay bizdən 100 manat yerpulu alırlar. Üstəlik bizdən soyuduculara görə də pul alırlar. Amma işıq kəsilib. Heç maraqlanan da yoxdur. Bizə külli miqdarda ziyan dəyib. İndi biizm ziyanı kim ödəyəcək?”, - deyə Rövşən Həbibov bildirib.Məsələ ilə bağlı bazarın müdiri Kəbir Nuriyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, işıq təkcə ət bazarında deyil, bütünlükdə mərkəzi bazarda kəsilib. Müdirin sözlərinə görə. problem onluq deyil.“Mən hər ay işıqpulunu vaxtında verirəm. Deyirlər qəza olub. Ona görə işıq kəsilib. Mən generator almışam. Bu gündən quraşdıracağıq. Çalışıram ki, problem aradan qalxsın”, - deyə Kəbir Nuriyev bildirib.Problemlə bağlı İcra Hakimiyyətindən də açıqlama gəlib. İcra hakiminin I müavini Şahid Tərəvəzovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, problem transformatorun yanmasından baş verib. “Küçələrə paylanan elektrik enerjisinin tranformatoru yanıb. Məsələ ilə bağlı elektrik şəbəkə ilə əlaqə saxlamışıq. Problemin həll olunacağını deyirlər”.Qusar rayon elektrik şəbəkədən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, hazırda təmir işləri aparılır. Transformator dəyişdiriləcək. Problem bu gün axşama qədər həll olunacaq.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol