• $
  • €
  • ₽
  • ₺
  • £

Gənclər Fondu və KİVDF Milli Mətbuat gününə həsr olunmuş birgə onlayn konfrans keçirib

Gənclər Fondu və KİVDF Milli Mətbuat gününə həsr olunmuş birgə onlayn konfrans keçirib
21.07.2020 15:08
Gənclər Fondu və KİVDF Milli Mətbuat gününə həsr olunmuş birgə onlayn konfrans keçirib.

Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə bu gün Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş onlayn konfrans keçirilib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və KİVDF-in icraçı direktoru Əhməd İsmayılovun çıxışları ilə başlayan konfrans Vüqar Zifəroğlu, Rəşad Məcidov və Akif Aşırlı kimi peşəkar jurnalistlərin çıxışları ilə davam edib.

KİV nümayəndələrinin və jurnalistika ixtisası üzrə təhsil alan yüzlərlə gəncin qoşulduğu görüşdə çıxış edən jurnalistlər bildiriblər ki, bu il 145 yaşını qeyd edən, görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız çətin və şərəfli inkişaf yolu keçərək, bu gün də özünün ən yaxşı ənənələrini davam etdirir, cəmiyyətimizin inkişafına, xüsusilə gənc nəslin tərbiyəsində öz əhəmiyyətli töhfəsini verir.
Bu yolda tarixi xidmətlər göstərmiş fədakar ziyalılarımızı dərin hörmət hissi ilə yad edən qonaqlar, bu gün Azərbaycan mətbuatının qarşısında duran vəzifələr, informasiya əsrində, beynəlxalq münasibətlərin tərkib hissəsinə çevrilmiş informasiya müharibəsi dövründə jurnalistlərin üzərinə düşən məsuliyyət barədə maraqlı fikir mübadiləsi aparıblar.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə milli mətbuatımızın yaranmasının 145-ci ildönümü ölkəmizdə geniş qeyd edilir. Yubiley tədbirləri, tətbiq edilən karantin rejiminin tələbləri nəzərə alınmaqla keçirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol