• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı meriyası sahibsiz itlərə görə məhkəməyə verildi

Bakı meriyası sahibsiz itlərə görə məhkəməyə verildi
08.07.2014 15:26

“ALYANS” İctimai Birliyinin dəstəklədiyi bir qrup iddiaçı vətəndaş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Sahibsiz Heyvanlarla Mübarizə İdarəsini fəaliyyətində olan qanun pozuntuları ilə bağlı məhkəməyə verib.

İB-nin bununla bağlı açıqlamasında deyilir:

“Bakı sakinləri bizə həyətlərinə silahlı şəxslərin daxil olaraq, etiraz edən vətəndaşlara məhəl qoymadan sahibsiz heyvanları qəddarcasına, günün istənilən vaxtı, insanların gözü önündə odlu silahla öldürməsindən şikayət ediblər. Növbəti belə dəhşət doğuran hadisələrin şahidi Bakı şəhəri, Şərifzadə küçəsi 176 saylı binanın həyətinin sakinləri olub. Həyəti qan gölünə bürümüş eyni mənzərəyə ötən ilin 30 iyul tarixində, gündüz saatlarında uşaqlar da daxil olmaqla bütün sakinlər və yoldan təsadüfi ötən insanlar da şahidlik ediblər. Elementar təhlükəsizlik qaydaları təmin edilmədən “işlərini” başa vuran “silahlı ovçular” ölmüş, ya da yaralı olan, ağrının gücündən dəhşətli qulaqbatirıcı səslər çıxaran itləri quyruqlarından sürüyərək üzərində “Bakı şəhər İcra Hakimiyyəti” yazılmış “Qazel” markalı, 10 JN 183 dövlət nişanı olan maşının yük yerinə tullayıb, ərazidən gediblər. Qəddarlığa və insan təhlükəsizliyinə dair mövcud qanunlarımızın bu qədər kobudcasına pozulması faktı bu mənzərəyə şahid olmuş insanların və hadisə barədə məlumatlanmış digər çoxsaylı vətəndaşları hiddətləndirib. Elə bu səbəbdən də ümumilikdə 98 nəfər vətəndaşdan ibarət olan qrup tərəfindən cavabdeh tərəf qismində Bakı İcra Hakimiyyətinə qarşı ayrı –ayrılıqda 5 iddia ərizəsi ilə Bakı şəhəri 1 saylı İnzibati-İqtisad Məhkəməsinə müraciət edilib. Bildiririk ki, iddiaçılar ərizələr təqdim edildiyi zamandan hazırki günə qədər məhkəmə rəsmiləri tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb və eyni zamanda qaldırılan iddiaya dair istehzalı münasibətlə qarşılaşıblar”. 

Qurumun məlumatına görə, 5 iddia ərizəsinin hər biri ayrı-ayrılıqda məhkəmə hakimləri tərəfindən eyni tipli dərkənarla rədd edilib. 

“Vəzifələrindən sui-istifadə edərək kollektiv qaydada qaldırılmış vətəndaşların iddiasına bu qaydada məsuliyyətsiz yanaşmış hakimlərin adları bunlardır: Fərqan Əhmədov; Elçin Məmmədov; Sevinc Alıyeva; Şərafət Məmmədova”-deyə İB bəyan edib. 

İddiaçı vətəndaşlar qərara dair şikayət ərizəsi ilə təkrar iddia qaldırıblar. Bakı Apellyasıya Məhkəməsi tərəfindən 3 şikayətçi qrupun iddiası məqbul hesab edilib, 2 şikayətçi qrupun iddiası Ali Məhkəməyə qədər gedib çıxıbş və ilkin məhkəmənin iradlarına dair şikayət edilib.

Hazırda eyni iddialar ilkin məhkəmə instansiyasına, eyni hakimlərə təkrarən təhkim edilib. 

“Təəssüf hissi ilə bildirmək istəyirik ki, bu dəfə də eyni məhkəmə instansiyalarında eyni hakimlər tərəfindən işin qanunla mühakimə edilməsinə, cavabdeh tərəfin layiqi cəza almasına hələ ki nail olunmayıb, qanun işçilərinin vəzifələrinə münasibətdə məsuliyyətsizlik yenə də davam etməkdədir. Belə ki, 3 iyun 2014-cü il tarixində hakim Elçin Məmmədov iddiaçıların şikayətinin tam olaraq rədd ediləcəyini bildirib. Məhkəmə qərarının əsaslandırıcı hissəsi hələ hazır deyil, bu cür qeyri-qanuni qərarda hakimin nəyə istinad edəcəyini iddiaçılar səbirsizliklə gözləyir. Bu gərara qarşı növbəti məhkəmə instansiyasında mütləq surətdə etiraz ediləcək. Çünki, iddiaçıların fikri ilə məhkəmə iclaslarında Bakı şəhəri İcra Hakimiyyətinin əməkdaşlarının günahı tamamilə isbat edilib. Lakin belə anlaşılmaz və tələsik qərar qəbul edən hakimin qətiyyətliliyi və icra qurumuna qarşı mövcud etimadı həqiqətən də heyranedicidir”.

Bildirilir ki, iddiaçılar da Avropa Məhkəməsinə qədər getmək üçün hazırdılar. Növbəti məhkəmə hakim Fərqan Əhmədovun sədrliyilə 10 iyul 2014-cü il tarixinə saat 17:30-a təyin edilib.

İddiaçılar qərara gəliblər ki, işin qanunlar çərçivəsində düzgün aparılması və həlli üçün ölkə  ictimaiyyətinin bu hadisələr barədə məlumatlandırılması və ictimai qınağın vaxtında köməyə gəlməsi qaçılmazdır. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol