• $
  • €
  • ₽
  • ₺
  • £

AzTV-dən koronavirusa yoluxan əməkdaşlarla bağlı AÇIQLAMA

AzTV-dən koronavirusa yoluxan əməkdaşlarla bağlı AÇIQLAMA
21.07.2020 17:16
Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin koronavirusa yoluxan 11 əməkdaşının hamısı sağalıb.

Bunu Axar.az-a açıqlamasında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib. O bildirib ki, kanalın hazırda virusa yoluxan əməkdaşı yoxdur:

"Bu günə qədər virusa yoluxan 11 əməkdaşımızın hamısı sağalıb və hazırda bəziləri xəstəlikdən sonrakı karantindədirlər. Sonuncu dəfə 10 nəfərə yaxın əməkdaşımız test verib və hamısının cavabı neqativ çıxıb. Təəssüf ki, virusa yoluxan 3 əməkdaşımız həyatını itirib”.

N.Rəfiyeva onu da qeyd edib ki, şirkət mütəmadi olaraq dezinfeksiya edilir.

Qeyd edək ki, ötən gün AzTV-nin operatoru İmanov Abasağa koronavirusdan dünyasını dəyişib. Bir müddət əvvəl isə şirkətin Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru Etibar Babayev və QSC-nin rejissoru Samir Nemətzadə koronavirusdan vəfat edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol