• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənilərin döydüyü oğlumu niyə xəstəxanadan təcili çıxardılar?”

“Ermənilərin döydüyü oğlumu niyə xəstəxanadan təcili çıxardılar?”
23.07.2020 11:29
ötən gün Los Anceles şəhərində erməni təxribatı nəticəsində biri qadın olmaqla 7 həmyerlimiz müxtəlif bədən xəsarətləri alıb və onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan biri Bəxtiyar Evvazovun isə vəziyyətinin ağır olduğu bildirilir. 

Bu barədə "Qafqazinfo”ya məlumatı zərərçəkmişin atası Ağasəf Eyvazov verib. Bildirib ki, başından aldığı zərbələr nəticəsində oğlunun üzü şişib, o xəstəxanaya yerləşdirilib. Sonradan müalicəsi evdə ambulator şəraitdə davam etdirilir:

"Vəziyyəti orta-kafidir. Bu gün bizim vaxtla gecə 12-də yenidən yoxlanmaları olacaq. Hazırda evdə müalicəsi davam etdirilir. Bizi narahat edən məqam odur ki, şəhərdə milyondan çox erməni yaşayır. Onu o vəziyyətdə niyə təcili şəkildə xəstəxanadan çıxarıblar? Evə gələndən sonra başından aldığı travmalara görə qaytarıb. O, bir müdət müşahidə altında qalmalıdır. İndi yanında adam var, təhlükəsizlik baxımından təmin olunub”. 

A. Eyvazov konsulluğun da işindən narazı olduğunu bildirib: "Bəlkə tibbi yardıma ehtiyacı var? Ev yoldaşı da buradan yenicə gedib, şəhəri yaxşı tanımır. Mənə bildirildi ki, konsulluqdan onlarla əlaqə saxlayan olmayıb. Bircə diasporadan zəng vurub nömrə qoyublar ki, oyananda əlaqə saxlasın”. 

A.Zeynalovun sözlərinə görə 1990-cı il təvəllüdlü Bəxtiyar Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Hazırda Amerikada işləyir: "Aprel ayında vətəndaşlıq almalı idi, sadəcə pandemiya səbəbindən qalıb”.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Komitə hadisə baş verən gündən aksiyada iştirak etmiş bütün vətəndaşlarla maraqlanır, onlarla mütəmadi olaraq əlaqədədir: "Hadisə baş verən andan vətəndaşlarımızla əlaqə saxlanıb. Bəxtiyar Eyvazovla da, onun yanındakı şəxslərlə də danışılıb, vəziyyəti qənaətbəxşdir”. 

"Azərtac”ın yaydığı məlumata görə, Azərbaycanın Vaşinqtondakı səfirliyi də Los Ancelesdə erməni radikallarının dinc azərbaycanlı etirazçılara hücum etməsi və xəsarət yetirməsi ilə əlaqədar ABŞ-da yaşayan icma üzvlərinə müraciət edib. Bildirilib ki, Prezident İlham Əliyevin göstərişi ilə törədilmiş zorakılıqda xəsarət almış həmvətənlərimizin tibbi xərcləri və əlaqədar hüquqi yardım məsələlərinin Azərbaycan dövləti tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu mövzularla əlaqədar soydaşlarımız Los Ancelesdəki Baş Konsulluğumuza müraciət edilməlidir:

"Eyni zamanda, xahiş edirik ki, zorakılıq və təhdid halları yaşanarsa, vətəndaşlar konsulluq yardımı almaq üçün ABŞ-da müvafiq konsulluq dairələrinə məsul olan ölkəmizin Vaşinqton şəhərindəki Səfirliyinə və Los Ancelesdəki Baş Konsulluğuna müraciət etsinlər”.

Xatırladaq ki, baş vermiş erməni təxribatı ilə bağlı hazırda istintaq qrupu yaradılıb və müvafiq təhqiqat aparılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol