• $
  • €
  • ₽
  • ₺
  • £

İmişlidə yeni suvarma kanalı qurulub

İmişlidə yeni suvarma kanalı qurulub
23.07.2020 20:30
İmişli rayonu ərazisində yeni suvarma kanalı qurulub. 

"Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi, yüksək diqqət və qayğısı sayəsində dövlət proqramının uğurlu icrası nəticəsində ölkəmizin digər bölgələrində olduğu kimi İmişli rayonunda da sosial- iqtisadi inkişafa stimul verən, əhalinin rifah halının yüksəldilməsinə xidmət edən bir sıra infrastruktur və sosial yönlü layihələr yerinə yetirilir. 

İqtisadiyyatın əsasını  kənd təsərrüfatı təşkil edən İmişli rayonunda əkin yerlərinin suvarma suyuna olan təminatının yaxşılaşdırılması istiqamətdə ardıcıl tədbirlər görülür. Qısa müddətdə yeni nasos stansiya inşa edilib, əlavə suvarma kanalları çəkilib, mövcud kanallar və hidrotexniki qurğular təmir edilib.
 
Belə ki,  əkin  yerlərini, o cümlədən həyətyanı sahələri dayanıqlı suvarma suyu ilə təmin  etmək və suvarma suyu ilə bağlı yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə rayonun Ağaməmmədli kəndində uzunluğu 2.2 km olan suvarma kanalı inşa edilərək əhalinin istifadəsinə verilibBu kanalın çəkilişi  Ağaməmmədli kəndi ilə yanaşı ətraf kəndlərin də suvarma sahəsində olan problemini aradan qaldırıb.  Bununla da  350-dən çox ailənin,  600 ha-dan artıq əkin yerində və həyətyanı sahələrində  suvarma suyu ilə bağlı yaranan çətinlik birdəfəlik öz həllini tapıb.

İndiyə qədər  suvarma sahəsində çətinliklərlə qarşılaşan kənd sakinləri öz növbəsində kənd ərazisində yeni suvarma kanalının çəkilişinə görə hədsiz sevindiklərini ifadə edərək, yaradılan şəraitə görə ölkə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını  bildirib.  

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol