Belçikadakı Azərbaycan səfirliyinin önündə ermənilər icazəsiz aksiya keçirmək istədilər, amma...

Azərbaycanın Belçikadakı səfirliyinin önündə təxribatçı və vandal hərəkətlərini reallaşdırmaq məqsədilə piket keçirmək istəyən ermənilər soydaşlarımızın etiraz aksiyası ilə qarşılaşıblar.
Bu barədə Anews.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Aksiya ərzində Azərbaycanın dövlət himni, vətənpərvərlik marşları və mahnıları, "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, bizim olacaq!", "Vur, keç səngəri, Azərbaycan əsgəri!", "İşğalçı Ermənistana ar olsun!" kimi ədalətli şüarlar səsləndirilib. BMT-nin və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, ölkəmizin əzəli torpaqları olan Dağlıq Qarabağdakı qeyri-qanuni fəaliyyət göstərən qondarma və cinayətkar rejimi heç bir təşkilatın və ölkənin tanımadığı, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad edəcəyi və ərazi bütövlüyünü bərpa edəcəyi erməni piketçilərinin diqqətinə çatdırılıb. Soydaşlarımızın birliyi qarşısında ermənilərin aksiyası baş tutmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























