"ASAN Xidmət" bu tarixlərdə işləməyəcək

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən "Report"a bildirilib ki, sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar 25, 26 iyul və 1, 2 avqust tarixlərində Bakı şəhərindəki bütün "ASAN xidmət” və "ASAN Kommunal”, Gəncə, Masallı, Sumqayıt, Mingəçevir, Bərdə, Şəki regional "ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























