• $
  • €
  • ₽
  • ₺
  • £

ADA Universiteti payız semestrində təhsili onlayn davam etdirəcək?

ADA Universiteti payız semestrində təhsili onlayn davam etdirəcək?
25.07.2020 10:50
ADA Universitetində 2020-ci ilin payız semestrinin təlim-tədris prosesinin təşkili Nazirlər Kabinetinin verəcəyi qərardan asılı olacaq.

Anews.az "Report"a istinadən xəbər verir ki,  COVID-19 təhlükəsi davam edərsə, artıq universitetdə yaz və yay semstrlərində təcrübədən müvəffəqiyyətlə keçmiş onlayn üslub tətbiq olunacaq.

Universitetdaxili sorğu göstərib ki, tələbələrin 85%-i onlayn təhsili müsbət və ya qənaətbəxş hesab ediblər. Müxtəlif onlayn platformalar arasında tələbələrin 90%-i, professor- müəllim heyətin isə 65%-i universitetin istifadə etdiyi "Blackboard Collaborate” platformasına üstünlük verirlər. Növbəti tədris ilindən etibarən təlim-tədrisin keyfiyyətini artırmaq məqsədilə əlavə rəqəmsal texnologiyalar istifadə olunacaq və onların açdığı imkanlardan istifadə edərək daha çox xarici müəllimlər cəlb olunacaqlar. 

Ali təhsil müəssisəsi pandemiya ilə bağlı tələbələrin maliyyə çətinliyini nəzərə alaraq, bütün tələbələrin payız semestri üzrə təhsil haqqına 15% güzəşt elan edib. Bundan başqa, aztəminatlı ailələrdən olan tələbələrə universitetin xüsusi yardım fondundan əlavə güzəştlər olunacaq. 

"Tələbələrimizin bir hissəsinin maliyyə dəstəyinə ehtiyacı olduğundan xəbərdarıq. Bu səbəbdən də maliyyə imkanları məhdud olan tələbələrimiz ehtiyac əsaslı təqaüdlərlə təmin ediləcəklər”, - ADA Universitetinin akademik işlər üzrə prorektoru doktor Vəfa Kazdal bildirib.
 
Bildirilir ki, ADA Universiteti payız semestrindən etibarən üç xarici universitet - Rusiyanın MGIMO, ABŞ-ın Corc Vaşinqton və Fransanın CEFAM Universitetləri ilə beynəlxalq ikili diplom proqramını həyata keçirəcək

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol