• $
  • €
  • ₽
  • ₺
  • £

ETSN: Azərbaycanda dövlət qoruğunda yanğın olub

ETSN: Azərbaycanda dövlət qoruğunda yanğın olub
08.07.2014 10:41
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) iyulun 7-də Qəbələ rayonunda qeydə alınan yanğın hadisəsi ilə bağlı məlumat açıqlayıb.ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya açıqlamasında bildirib ki, iyulun 7-də saat 17:00 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Türyançay Dövlət Təbiət Qoruğunun yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib. Onun sözlərinə görə, həmin ərazi yüksəklikdə yerləşdiyi üçün meşə sahəsi yoxdur və hadisə nəticəsində orada yerləşən quru ot və kol örtüyü yanıb. Yanğının qarşısının alınması üçün dərhal ETSNnin yerli qurumlarının, FHN-in Ağdaş və Qəbələ Yanğından Mühafizə hissələrinin əməkdaşları əraziyə cəlb olunub. Yanğın qısa zamanda lokallaşdırılaraq saat 20:00 radələrində tam olaraq söndürülüb. İlkin ehtimala görə, yanğının ildırım nəticəsində baş verdiyi güman edilir. Yanğın nəticəsində qoruğun 2 hektar ərazisindəki quru ot və kol örtüyünə ziyan dəyib. Hazırda yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol