• $
  • €
  • ₽
  • ₺
  • £

Kanadada Ermənistanın işğalçılıq siyasətinə etiraz aksiyası keçirilib

Kanadada Ermənistanın işğalçılıq siyasətinə etiraz aksiyası keçirilib
25.07.2020 15:54
Kanadanın paytaxtı Ottava şəhərində ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhədində Ermənistanın hərbi təxribatlar törətməsinə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü keçirilib.


Diasporla İş üzrə Dövlət Komitəsindən Anews.az-a verilən məlumata görə, Ottavada fəaliyyət göstərən azərbaycanlı icmanın təşkilatçılığı ilə gerçəkləşdirilən etiraz yürüşünün məqsədi Ermənistanın təcavüzkar siyasəti nəticəsində baş verənləri yerli ictimaiyyətin nəzərinə çatdırmaq olub.


Azərbaycanın üçrəngli bayraqlarının və müxtəlif şüarların yazıldığı posterlərin bərkidildiyi avtomobillər Ottavanın küçələri və prospektləri ilə hərəkət edərək, Kanadanın parlament, senat, Xarici İşlər Nazirliyi, xarici ölkələrin səfirliklərinin, o cümlədən Ermənistan səfirliyinin binalarının, ölkənin Baş nazirinin iqamətgahının önündən keçib.


Aksiyanın sonunda soydaşlarımız əllərində Azərbaycanın və Kanadanın dövlət bayraqlarını tutaraq "Qarabağ Azərbaycandır!", "Ermənistanın təcavüzkar siyasətinə son!", "Kanada indi hərəkətə keçməlidir!" və sair şüarlar səsləndiriblər. Aksiya iştirakçıları Kanada hökumətindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyi, Ermənistanın işğalçı siyasətinə son qoyulması, torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə qətiyyətli addımların atılmasını tələb ediblər.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol