• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda Azərbaycana dəstək mitinqi təşkil olunub

İstanbulda Azərbaycana dəstək mitinqi təşkil olunub
25.07.2020 17:21
Türkiyənin İstanbul şəhərində tarixi Bəyazid meydanında "Can Azərbaycana Canımız fəda” adlı izdihamlı mitinq keçirilib.

Anews.az xəbər verir ki, mitinq son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklərlə bağlı Azərbaycana dəstək vermək, şəhid olan hərbçilərimizi yad etmək və Ermənistanın bütün dünyanın pandemiya ilə mübarizə apardığı dönəmdə əl atdığı təxribatlara etiraz etmək məqsədilə baş tutub.

5 minə yaxın azərbaycanlı, türk və digər xalqların da dəstək verdiyi mitinqin təşəbbüskarları İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Turan Ocaqları və Bütöv Azərbaycan Ocaqlarıdır.

Şəhidlərin xatirəsinə bir dəqiqəlik süküt və hər iki qardaş ölkənin himnləri ilə başlayan tədbir Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtayın ortaq bəyanatı oxuması ilə davam edib. Bəyanatda Ermənistanın işğalçılıq və təcavüz siyasəti pislənilib, dünya azərbaycanlılarının doğma Vətənlərinə sonsuz dəstəyi ifadə edilib. Turan Ocaqları başqanı Ercan Urçar Türkiyə xalqının Can Azərbaycan üçün canını fəda etməyə hazır olduğunu dilə gətirib.
Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin fəxri sədri Rəşid Mustafazadə bu cür dəstək aksiyalarının dünyanın hər yerində davam etdirilməsi zərurətini vurğulayaraq, Azərbaycan xalqının öz doğma torpaqlarını işğaldan azad etməyə hazır olduğunu qeyd edib.

Mitinqdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, digər dəstəkçi ölkələrin də bayraqları qaldırılıb. İştirakçılar "Şəhidlər ölməz, Vətən bölünməz”, "Qarabağ Azərbaycanındır”, "Ar olsun Ermənistana”, "Qarabağa ədalət” şüarları səsləndiriblər.





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol