• $
  • €
  • ₽
  • ₺
  • £

Karantin rejimi yenidən sərtləşdirilə bilər

Karantin rejimi yenidən sərtləşdirilə bilər
26.07.2020 20:27
"Azərbaycanda karantin rejiminin yumşaldılmağa başlaması insanlarımızı arxayın salmamalıdır. Karantin rejiminin qaydalarına mütləq şəkildə əməl olunmalıdır",  bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.


Deputat bildirib ki, Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla aparılır, dövlət tərəfindən bütün tədbirlər görülür: "Son günlərin statistikası müsbət tendensiyanın əldə olunduğunu göstərir. Bu tendensiyanı qoruyub saxlamaq üçün vətəndaşların da üzərinə böyük məsuliyyət düşür.


Virusa qalib gəlmək üçün hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərk etməlidir. Əks halda, bu qədər görülən işlər hədər gedər, virus yenidən artmağa başlaya bilər”.


M.Quliyev əlavə edib ki, Azərbaycan virusa qarşı mübarizədə artıq təcrübə əldə edib və virusu nəzarət altında saxlamağı bacarır: "Bunu nəzərə alaraq, dövlət karantin rejimini iyulun 20-dən etibarən yumşaltmağa qərar verib. Lakin vətəndaşlar bu qərardan arxayınlaşmamalıdır.


Çünki arxayınlaşıb qaydalara əməl etməmək, virusun yenidən geniş yayılmasına səbəb ola bilər. Bu halda karantin rejiminin yenidən sərtləşdirilməsi lazım gələcək”.


Millət vəkili qeyd edib ki, görülən işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatmaq üçün karantin rejiminin qaydalarına riayət etmək lazımdır. Qaydalar isə çox sadədir – tibbi maskadan istifadə etmək, ara məsafəsi saxlamaq, gigiyenik qaydalara əməl etmək, zərurət olmadığı halda evdən çıxmamaq, kütləvi şəkildə toplaşmamaq.Komitə sədri vurğulayıb ki, dünyada hələ karantin rejimindən tamamilə çıxan ölkə yoxdur:


"Azərbaycanda koronavirusa yoluxmanın, ölüm göstəricilərinin aşağı olması sevindiricidir. Ancaq heç bir halda bu, bizi arxayın salmalı deyil”.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol