• $
  • €
  • ₽
  • ₺
  • £

"Onu heç vaxt bezdirmirdim ki, evə niyə gəlmirsən" - Polad Həşimovun xanımı - VİDEO

"Onu heç vaxt bezdirmirdim ki, evə niyə gəlmirsən" - Polad Həşimovun xanımı - VİDEO
26.07.2020 21:52
"Polad Həşimov kimi insanlar haqda həmişə əsərlərdə oxumuşam. Onlar mənə çox şablon gəlirdi. Elə bilirdim belə insanlar yoxdur, yaşamır”, bu sözləri şəhid general-mayor Polad Həşimovun xanımı Ofelya Salmanova "Real TV”nin "Profil” verilişində danışıb:


"Polad Həşimovla 17 il bir yerdə yaşadım. Gördüm ki, o həqiqətən bütün canı, qanı ilə vətənə bağlı insan idi və bunu dildə yox əməlində göstərirdi. Övladlarını da elə böyüdürdü. Onlara heç vaxt vətən haqqında pafoslu sözlər söyləmirdi. Əsgərlərinə həmişə "balam” deyirdi. Hər zaman səngərlərdə, cəbhə bölgəsində olurdu. Bizim evdəki kadrlarımıza baxsanız, ad günlərində, bayramlarda – heç birində o yoxdur. Hamısında biz təkik. Çünki o ancaq səngərdə, əsgərlərinin yanında olurdu”.


Şəhidin xanımı Polad Həşimovun Aprel döyüşlərində yaralanmasından da bəhs edib:


"Aprel döyüşləri 4 gün davam etdi. 4 gün sonra o mənə zəng etdi ki, hər şey yaxşıdır. Amma sonra 20 gün müddətinə gəlmədi. Evə gələndə yerişində problem olduğunu gördüm. Ancaq yaralanmasını yenə də bizə bildirmədi.


Onun bu həyatına artıq öyrəşmişdim. Onu heç vaxt bezdirmirdim ki, evə niyə gəlmirsən, niyə evdə olmursan deyə. Çünki onu tanıyırdım. O həmişə əsgərlərinin yanında olub”.


O.Salmanova 12 iyul hadisələrini belə xatırlayıb:


"Biz həmin vaxt Şəmkirdə idik. Axrıncı dəfə Poladla iyunun 29-da ayrılmışdıq. Bizi yola saldı, işə tələsdi. Bir neçə dəfə telefonla danışmışdıq. 12 iyuldan sonra onunla danışa bilmədik. Polad telefon işlətmirdi, bizimlə özü əlaqə yaradırdı. Gördük ki, bir neçə gün keçib mesajlarımıza cavab vermir. Sən demə, bu hadisə baş verib. Bizim üçün çox qəfil oldu”.


Ofelya Salmanova Polad Həşimovla təxirə salınan toy tarixindən də danışıb:


"Bizim toyumuza çox az qalmışdı. Amma gəlib dedi ki Türkiyəyə təhsil almağa getməlidir. O, hər şeyi ləğv etdi və təhsil almağa getdi. Onun vətənpərvərlik hissi o qədər güclü idi ki, o, şəxsi məsələlərinin üstündən xətt çəkə bilirdi və çəkdi də”.





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol