Bu il Azərbaycanda övladlığa götürülən uşaqların sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən övladlığagötürmə sahəsində yeni idarəetmə modeli yaradılmaqla, bu sahədə xidmətlərin elektronlaşdırılması təmin edilib.
Nazirlikdən Anews.az-a verilən məlumata görə, bu ilin mart ayında "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə” altsistemi təqdim edilib, altsistemin müraciət interfeysi istifadəyə verilib.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Fərmanı ilə "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydası” təsdiq edilib.
Övladlığagötürmə sahəsində xidmətlərin elektronlaşdırılması xüsusi karantin dövründə həmin sahədə xidmətlərin fiziki müraciətə ehtiyac qalmadan və ləngimələr olmadan, ardıcıl davam etdirilməsinə imkan verib.
Yanvar-iyun aylarında qeyd edilən altsistem vasitəsilə 29 valideyn-namizəd müraciət edib.
Bu dövrdə 6 uşaq övladlığa götürülüb. Uşaqlardan 2-si qız, 4-ü oğlandır. Onlardan 2 nəfəri 3 yaşa qədər, 1 nəfəri 4-6 yaşlarında, 2 nəfəri 7-11 yaşlarında, 1 nəfəri 12-18 yaşlarındadır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























