“Azərişıq” təhlükəli obyekt tikən sahibkardan şikayətlənib - FOTO

Abşeron rayonu, Hökməli-Qobu yolu, Koroğlu küçəsindən keçən 2 dövrəli 10 kv-luq Elektrik Verliş Xəttinin mühafizə zonasında 2 mərtəbəli obyekt tikilir və həmin obyektin dam örtüyü adı çəkilən EVX-nə toxunur.
Anews.az xəbər verir ki, "Azərişıq” ASC mətbuat xidmətindən Unikal.org-a məlumat verilib.
Bildirilir ki, obyekt sahibinə baş verə biləcək yanğın və hər hansı bədbəxt hadisə ilə əlaqədar olaraq dəfələrlə xəbərdarlıq edilib.
Bu barədə Abşeron rayonu İH-nə və həmçinin hüquq mühafizə orqanlarına rəsmi olaraq məlumat verilib ki, sahibkarın bu özbaşnalığı yolverilməzdir və gələcəkdə böyük təhlükəyə səbəb ola bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























