DİM abituriyentlərə müraciət etdi

DİM qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib.
Müraciətdə deyilir:
"Dövlət İmtahan Mərkəzi koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə Mərkəzin "Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirir.
Portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, rus dili, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 140 videomühazirə yerləşdirilib. Videomühazirələrin yerləşdirilməsi bundan sonra da davam edəcək. Qeyd edək ki, videomühazirələrə bu günə qədər baxış sayı 24103-dür.
Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























