Tibb bacısına dəstək verdiyi üçün Tədris Cərrahiyə Klinikasında həkimi işdən çıxarırlar – İDDİA

ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimi Rasim Bayramov Klinika rəhbərliyinin onu işdən çıxarmaqla hədələdiyini yazıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı həkimi Rasim Bayramov sosial şəbəkə hesabında paylaşıb.
"Keçən həftə Tədris Cərrahiyə Klinikasında işləyən bir tibb işçisinin bu statusunu paylaşandan sonra, baş həkim indi də məni işdən çıxarmaqla təhdid edir. İndi əmin oldum ki, səsini çıxarana get ərizəni yaz, işdən çıx deyir...
Türkiyədə Universiteti və uzmanlığı bitirdikdən sonra Azərbaycana dönüb, 2003-cü ildə Mərkəzi Klinik Xəstəxanada işə başladım. 2009-cu ildən 2014-cü ilədək Mərkəzi Gömrük xəstəxanasında işimi davam etdirdim. 2014-cü ildə Tibb Universitetinin yeni açılan Tədris Cərrahiyə Klinikasına, həm də Tibb Universitetində tədris vermək üçün dəvət aldım.
İlk vaxtlarda işlərimiz çox çətin idi. Tibbi personal çox az idi. Texnikimiz yox idi. Bütün işləri biz həkimlər görürdük. Daha sonra 10-dan çox texnik yetişdirdim və onlar bizə kömək etməyə başladılar. İşimlə bərabər tələbələrə də dərs keçirdim. Çox yorucu olsa da, tələbələrə bir şeylər öyrətdiyim üçün sevinirdim. Daha sonra rezidentura sistemi ilə rezident həkimlər gəlməyə başladı. Bizə kömək etməklə yanaşı, həm də bu sahəni lazımınca öyrəndilər. 10-larla rezidentə heç nə əsirgəmədən bu sahədə biliklərimi öyrətdim. Azərbaycanda bu sahədə ən çox rezident yetişdirən şöbə idik.
Mart ayından klinikamız COVİD-lə mübarizə edən ilk xəstəxanalardan biri oldu. 8 texnikimiz növbə ilə işə çıxdılar. Biz həkimlər isə uzaqdan sistemə girərək bu xəstələrə rəy veririk. Gündə ortalama 10-15 xəstəyə Kompyuter Tomoqrafiya müayinəsi edirik. Texniklərimizdən 4-ü işdə virusa yoluxdu amma işimiz dayanmadı. Çox əziyyət çəkirlər bu işdə. Problemləri çox olur və əlimdən gəldiyi qədər dəstək verirəm. Bəziləri hətta məndən də incidi ki, səsimizi yuxarılara çatdırmırsız. Ama həmişə çatdırmışam... Bu qədər fədakarlıq etdikdən sonra, bir tibb işçisinə sosyal şəbəkədə dəstək verdiyim üçün məni işdən çıxarmaqla təhdid etsinlər...Niyə axı? Onlar da bizim övladlarımızdı, onlar da bu mübarizədə əziyyət çəkir axı... Bu səviyyəyə gəlib çatmış bir mütəxəssisə bu qədər asandırmı ki, deyəsən artıq xəstə baxa bilməzsən...”


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























