• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-İran sərhədində insident - 3 nəfər tutuldu - FOTO

Azərbaycan-İran sərhədində insident - 3 nəfər tutuldu - FOTO
28.07.2020 18:30
Son müddət ərzində Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 24 kiloqram 635 qram narkotik vasitəyə bənzər maddənin və 1050 ədəd psixotrop həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Publika.az-a verilən məlumata görə, 21 iyul tarixində, saat 02:43 radələrində "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının "dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki 2 ədəd çanta ilə ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar.
Saxlanılan şəxslərin Astara rayon sakinləri 1993-cü il təvəllüdlü Quliyev Təbriz Əzizağa oğlu və 1995-ci il təvəllüdlü Nabatzadə Şahin İbrət oğlu olması müəyyənləşdirilib. Sərhəd pozucularının çantalarına baxış zamanı ümumi çəkisi 19 kq 625 narkotik vasitə və 1050 ədəd həb (2 kq "metamfetamin”, 12 kq 625 qr "heroin”, 5kq "tiryək”, 1050 ədəd "Preqabalin” həbi) aşkar olunaraq götürülüb.

22 iyul tarixində, saat 01:10 radələrində "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən sərhəd zastavasının yaxınlığında 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona "dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxsin 1982-ci il təvəllüdlü Ağcabədi rayonunun Ağabəyli kənd sakini Mamedov Elvin Vidadi oğlu olması müəyyən olunub, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 5 kiloqram 10 qram narkotik vasitə "tiryək”ə bənzər maddə aşkar olunaraq götürülüb.

Hər iki fakt üzrə cinayət işi başlanılıb, saxlanılan vətəndaşlar təqsirləndirilən şəxs qismində cəlb olunub və barələrində "həbs” qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol