Mağazadan 6 min manat oğurluq edən gənclər saxlanıldı

Goranboyda mağazadan oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qafqazinfo”ya verilən məlumata görə, rayon sakini Qabil Abbasov müraciət edərək bildirib ki, ona məxsus, avtomobil ehtiyyat hissələri satılan mağazasına iyul ayının 24-dən 25-nə keçən gecə naməlum şəxs və ya şəxlər gizli yolla daxil olaraq oradan 6000 manat pulu oğurlayıb.
İlkin dindirmə zamanı onlar, törətdiyi hadisəni etiraf edib və əldə etdikləri pulun bir qismini xərclədiklərini bildiriblər. Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























