BŞBPİ: Polis zorakılığı ilə bağlı yayılan məlumatlar araşdırılıb

"Xəbər saytlarında "22-ci bölmənin qarşısında polis zorakılığı” başlığı ilə yayılan videogörüntülər tərəfimizdən tam və hərtərəfli araşdırılıb".
Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, araşdırmalar zamanı hər hansı zorakılıq, yaxud digər qanundankənar fakt təsdiqini tapmayıb:
"İyulun 27-də paytaxtın Nəsimi rayonu Fizuli və Rəşid Behbudov küçələrinin kəsişməsində nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşları hərəkət edən üç nəfərin sənədlərini təqdim etməsini tələb edib. Onlardan bir nəfərin icazəsi olmasına baxmayaraq, digər iki nəfər polisin qanunu tələblərinə məhəl qoymayaraq, tabesizlik göstərməklə, asayiş keçikçilərinin ünvanları nalayiq ifadələr işlədiblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























