• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il kütləvi şəkildə qurban kəsimi üçün yer ayrılıb? - RƏSMİ AÇIQLAMA

Bu il kütləvi şəkildə qurban kəsimi üçün yer ayrılıb? - RƏSMİ AÇIQLAMA
28.07.2020 16:04
"Qurban bayramı ilə bağlı müzakirələr aparılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın, TƏBİB mütəxəssislərinin tövsiyəsi bu olub ki, kütləvi şəkildə Bakıda qurban kəsmək üçün yer ayrılmasın”. 

Anews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. O deyib ki, əvvəlki illərdə qurban kəsmək üçün müəyyən yerlər təşkil olunurdu, çoxlu sayda adamlar da həmin yerlərə gedib qurban kəsdirirdi: "Amma koronavirusla bağlı hazırkı vəziyyət təhlükə yaradır. Dövlət var gücü ilə vəziyyətin düzəlməsi üçün çalışır. Hamımız da bir olub bu tövsiyələrə əməl etməliyik. Ona görə də bu il kütləvi şəkildə qurban kəsmək üçün yerlərin ayrılmasına icazə verilmədi”.

Fuad Nurullayev qeyd edib ki, qurban kəsmək şəriətdə vacib əmr deyil: "Qurban kəsməyin vacibliyi Məkkədə ziyarətdə olan insanlar üçündür. Amma ümumilikdə vacib şərt deyil, savabdır”.

Onun sözlərinə görə, bu gün də tövsiyə edilir ki, koronavirus səbəbindən insanlar bir yerə toplaşıb qurban kəsməyə getməsin.

Bayram namazı ilə bağlı məsələyə gəldikdə isə QMİ sədrinin müavini qeyd edib ki, məscidlərdə cümə, camaat, bayram namazlarının qılınması təxirə salınıb: "Bayram namazının qılınması da vacib deyil. Hərə öz evində ailəsi ilə birgə bayram namazı qıla bilər”.

Qeyd edək ki, 31 iyul və 1 avqustda Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Nazirlər Kabinetinin qərarı ilə 1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol