• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili Ramil Həsənin həyat yoldaşı ilə bağlı qalmaqal

Millət vəkili Ramil Həsənin həyat yoldaşı ilə bağlı qalmaqal
29.07.2020 10:00

Millət vəkili Ramil Həsənin həyat yoldaşı Yekaterina Həsən Moldovada cərimələnib. Bu hadisə, millət vəkilinin özünün də qarışdığı uzun və qaranlıq məsələlərdən biri oldu.

Azərbaycanın Milli Məclisinin Millət vəkili Ramil Həsənin həyat yoldaşı Yekaterina Həsən Moldovada 1500 lei (təxminən 89 ABŞ dolları) məbləğində cərimələnib. O, Vael Almariyə hücum etdiyinə görə ittiham olunub. Bu, Yekaterinanın hazırkı nikaha daxil olmazdan əvvəl münasibətdə olduğu, qızı Malikanın atasıdır.
Uzun sürən məhkəmə baxışının davam etdiyi hadisə, 25 oktyabr 2019-cu ildə baş verib. Həmin gün qəyyumluq komissiyası atanın uşaqla görüşlərinin cədvəli məsələsini həll edirdi. Cədvəl Yekaterinanı qane etmədi və o, hisslərini cilovlaya bilməyərək, yumruqları ilə Vaelə hücum cəkdi. Polis Millət vəkili Ramil Həsənin özünü idarə edə bilməyən həyat yoldaşına qarşı cərimə tətbiq etdi. İstintaq Kişinyov apelyasiya palatasınadək çatdı ki, orada 8 iyul 2020-ci ildə Yekaterina Həsənin qanunu pozduğu təsdiq edildi və onun üçün təyin edilmiş cəza qüvvədə saxlanıldı. 

Yekaterina Həsən uzun müddətdir ki, qanunla yola getmir. Və millət vəkili olan həyat yoldaşı bu işdə ona dəstək olur. Yekaterina Apellyasiya palatasında keçirilmiş dinləmələrdə iştirak etmirdi. Hələ fevral ayında o, Vael Almari ilə birgə qızı malikanı qaçıraraq Moldovadan Azərbaycana gəldi. Məhz qaçırma yolu ilə, çünki məhkəmə uşağın ölkə hüdudlarından kənara çıxarılmasını hər iki valideynin razılığı olmadan qadağan etmişdi və ata razılığını verməmişdir.

Millət vəkili Ramil Həsənin bu xoşagəlməz hadisə ilə nə əlaqəsi var? Birbaşa əlaqəsi var. Mövcud məlumata əsasən, məhz o, malikanı ölkədən çıxarıb.
Diplomatik toxunulmazlıq adı altında Ramil Həsən uşağı Moldova hakimiyyəti tərəfindən nəzarət olunmayan separatçı Dnestryanı bölgəsinə çatdırdı, oradan onlar Ukraynaya getdi və sonra Bakıya doğru uçdu.

Bu hadisə üzrə polis, 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan "Uşaqların ölkə hüdudlarından kənara qanunsuz çıxarılması" barədə CM-nin 207-ci maddəsi ilə cinayət işi açıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol