“Günün Qəhrəmanları” müsabiqəsinə müraciətlərin qəbulu davam edir!

"Nar” və TƏBİB-in birgə təşkilatçılığı ilə keçirilən
"Günün Qəhrəmanları” yazı müsabiqəsinə müraciətlərin qəbulu 10 avqust
tarixinədək davam edir. Müsabiqə pandemiya ilə mübarizə dövründə fədakarcasına gündəlik
işlərini icra etməyə davam edən bütün insanların hekayələrini və sosial
təşəbbüslər haqqında yazıları bir araya toplayır. Bugünədək layihədə iştirak
üçün 60-dan çox sorğu qəbul edilib.
"Koronavirusla mübarizə dövründə iş başında
vətəndaşlara xidmət edən hər bir kəsin ümumi mübarizəmizə qatdığı töhfə çox
qiymətlidir. Bu müsabiqənin həyata keçirilməsində də əsas məqsədimiz əhaliyə bu
qəhrəmanları tanıtmaq, bununla da sosial məsuliyyətin təşviqinə dəstək
olmaqdır”, - deyə TƏBİB-in Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.
"Nar” olaraq pandemiya başlayan ilk gündən bəri KSM
strategiyamız çərçivəsində həm müştərilərimiz, həm də cəmiyyət üçün faydalı ola
biləcək müxtəlif layihələr həyata keçirmişik. "Günün Qəhrəmanları” müsabiqəsi
də bizə koronavirusa qarşı mübarizədə fadəkarcasına çalışan insanlar və
layihələri tanıtmaq üçün xüsusi imkan yaradır”, - deyə "Nar”ın İctimaiyyətlə
Əlaqələr departamentinin rəhbəri Əziz Axundov qeyd edib.
Xatırladaq ki, müsabiqənin qalibləri media
ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən məzmunun keyfiyyətinə
və daşıdığı sosial mesaja əsasən müəyyənləşdiriləcək. Qaliblər
isə müvafiq olaraq Samsung S10+ , Huawei P30 Pro, 500 AZN dəyərində pul
mükafatı, daha üç həvəsləndirici yerlərin sahiblərinə isə 300 AZN məbləğində
pul mükafatı ilə təltif olunacaqlar. Müsabiqədə həm jurnalistlər, həm də sosial media istifadəçiləri iştirak
edə bilərlər. Şərtləri bir daha nəzərinizə çatdırırıq:
1) Yazılara əsas tələb real hekayələrin əks olunması
və müəllif tərəfindən haqqında danışılan şəxsdən yayımla bağlı razılığın
alınmasıdır.
2) Məqaləyə razılıq əsasında foto və videolar da əlavə
edilə bilər.
3) Yazılar müsahibə formatında da ola bilər və ya birbaşa
qəhrəmanın öz dilindən də yazıla bilər.
4)
Təqdim
olunan yazılar üçün maksimum simvol sayı 10.000 olmalıdır.
5) Müsabiqəyə qoşulmaq üçün jurnalistlər yazının "Nar”
və TƏBİB-in birlikdə keçirdikləri
müsabiqə çərçivəsində hazırlandığını qeyd etməklə mediada yerləşdirdikdən sonra
müvafiq linklə bərabər "MS Word” faylında [email protected] elektron ünvanına göndərməlidirlər.
6) Sosial media istifadəçiləri də eynilə, hekayələrini
[email protected] elektron ünvanına göndərməlidirlər. Bundan başqa, müsabiqənin
hashtagını qeyd etməklə yazılarını öz sosial media səhifələrində də paylaşa
bilərlər. ( #GününQəhrəmanları #Nar #TƏBİB).
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























