• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxda təcili yardımın işçiləri İMDAD DİLƏYİRLƏR- Onlar acınacaqlı vəziyyətdədir- VİDEO

Qazaxda təcili yardımın işçiləri İMDAD DİLƏYİRLƏR- Onlar acınacaqlı vəziyyətdədir- VİDEO
29.07.2020 21:39
Qazax Təcili Tibbi Yardım Stansiyasının müvəqqəti yerləşdirildiyi bina acınacaqlı vəziyyətdədir.
Anews.az-ın məlumatına görə, bu barədə orada çalışan hakimlərdən biri sosial şəbəkələrdə yayılan videoda bildirib.

Belə ki, bu gün sosial şəbəkələrdə Qazax rayon Təcili Tibbi Yardım Stansiyasının müvəqqəti yerləşdirildiyi binada problemlərin olduğu barədə videogörüntü yayılıb.

Videogörüntüdə orada çalışan həkimlərdən biri onlara fəaliyyət göstərmək üçün ayrılan binanın şəraitsizliyindən danışır.

Qazax rayon Təcili Tibbi Yardım Stansiyasının xidməti binası hazırda karantinə alınmış Qazax Mərkəzi rayon Xəstəxanasındadır və məlum səbəblərdən oradan çıxarılaraq bir müddət Qazax rayon Müalicə və Diaqnostika Mərkəzində onlar üçün ayrılmış yerə köçürülüb və orada fəaliyyət göstəriblər. Lakin bir müddət sonra təcili yardım stansiyasının müəyyən səbəblərdən oradan da çıxarılıblar və Qazax şəhər Uşaq Xəstəxanasının Mühasibat Şöbəsinin binasına yerləşdiriliblər. Orada isə videokadrlarda göründüyü kimi, şərait ürəkaçan deyil.

Videogörüntüdə binanın daxilində yüngül təmir işlərinin aparıldığı görülsə də, tibb işçiləri onlara ayrılan binadan və orada olan vəziyyətdən narazı olduqlarını bildirirlər. Hətta döşəmənin altından ilanların da çıxdığı deyilir.
Qeyd edilib ki, Qazax Təcili Tibbi Yardım Stansiyasının ilk binası şəhər girişində olub. Yeni inşa olunmuş Qazax Mərkəzi rayon Xəstəxanası istifadəyə verildikdən sonra ora köçürülüb. Stansiyanın köhnə binasının hazırda hansısa məqsədlə fəaliyyət göstərib göstərmədiyi barədə məlumat yoxdur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol