• $
  • €
  • ₽
  • ₺
  • £

Tonoyan öz torpağımızda Azərbaycanı hədələdi: “Hücum üçün əmr gözləyirik”

Tonoyan öz torpağımızda Azərbaycanı hədələdi: “Hücum üçün əmr gözləyirik”
31.07.2020 18:28
Ermənistanın müdafiə naziri David Tonoyan işğal edilən Dağlıq Qarabağa gəlib və burada qondarma rejimin "müdafiə ordusunun komandanı”, general-mayor Cəlal Arutyunyanla görüşüb.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı "Sputnik Armeniya” nəşri yayıb.
Onun yerli jurnalistlərə verdiyi müsahibəni qurumun mətbuat katibi Şuşan Stepanyan yayımlayıb.
"Qonşu ölkədən (Azərbaycanı nəzərdə tutur) "Hələ gec deyil” sözləri eşidilir və deyirlər ki,  erməni qüvvələri bu əraziləri tərk etməlidir. Gəlin anlayaq,  "Hələ gec deyil” ifadəsilə hansı vaxta işarə vururlar. Bizim analitik imkanlarımız bunun vaxt çərçivəsini qəbul etmir”. Tonoyan müsahibəsində deyib.
Nazir istənilən tədbirə (müharibə demək istəyir) hazır olduğunu  və yalnız əmr gözlədiyini söyləyib:
"Birincisi, elə təəssürat yaranmasın ki, biz əmr gözləmirik. Əslində biz də gözləyirik”.
Haşiyə: İstər Paşinyanın, istərsə də onun komandasındakı hər hansı bir məmurun Azərbaycanı hədələməsi ilk deyil. Nəticə isə göz qabağındadır. Ermənistan ictimaiyyəti üçün köklənən belə bəyanatlar yalnız qorxan itin hürməyinə bənzəyir. Son döyüşlər isə göstərdi ki, ermənilər meydanda tək qalıb, Azərbaycanla müharibə etməmək üçün min oyundan çıxırlar, müsahibələr verərək hər kəsdən imdad diləyirlər. Türkiyə hərbçilərinin Azərbaycanda təlim keçməsi onların bütün cinahlarının kövrək olduğu, sadəcə bir həmlə ilə dağılacağı anlamına gəlir…
Vaxt söhbətindən isə Tonoyan dolayısı yolla yayınmağa çalışıb və sadəcə bu çərçivəni qəbul etmədiyini deyib. Nazir əvvəllər səsləndirdiyi "Qarabağdan heç vaxt çıxmayacağıq, Azərbaycana bir qarış da torpaq verməyəcəyik” sözlərini təkrarlamayıb. Yəqin havadarları ona və xüsusi ilə də Paşinyana problemin necə həll ediləcəyinin əsil mahiyyətini başa salıblar: "Ermənistan ordusu təcili Azərbaycan torpaqlarından çıxmalı və sonra tərəflər danışıq masası ətrafına toplaşmalıdır”. Vəssalam…

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol