• $
  • €
  • ₽
  • ₺
  • £

Abşeron RİH-dən satdığı soğanı yandıranla bağlı AÇIQLAMA

Abşeron RİH-dən satdığı soğanı yandıranla bağlı AÇIQLAMA
01.08.2020 14:41
"Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonunun Masazır kəndində meyvə-tərəvəz satışı ilə məşğul olan Vüqar Əzizov tərəfindən RİH-in adıçəkilən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənova etiraz əlaməti  olaraq satdığı soğanı yandırması ilə bağlı videogörüntülər yayılıb”. 

Bu barədə Anews.az-a Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib. "Məsələ ilə əlaqədar bildiririk ki, müəyyən olunmamış yerlərdə ərzaq və kənd təsərrüfatı məhsullarının satılması, küçə ticarəti ilə məşğul olmaq ətraf mühitin çirklənməsi, mərkəzi küçə və prospektlərin estetik gözəlliyinə xələl gətirməsi, insanların  sağlamlığına ziyan olmaqla yanaşı eyni zamanda da qanunla qadağandır.

Belə  ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cu maddəsinə  əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmamış yerlərdə malların satılması inzibati məsuliyyət müəyyən edir. Bununla əlaqədar olaraq Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ş.Həsənov tərəfindən qanunamüvafiq olaraq satıcı V.Əzizova küçə ticarətinin dayandırılması və ərazinin təmizlənməsi ilə bağlı xabərdarlıq edilib.
 
V.Əzizov isə qanunun tələblərinə riayət etməkdən imtina edib və satdığı soğanı yandırıb. Öz qanunsuz əməllərinin həyata keçirilməsi üçün belə şantaj vasitələrindən istifadə olunması yolverilməzdir. Rayon  İcra  Hakimiyyəti tərəfindən bu kimi qanunsuz əməllərin, küçə ticarətinin və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması  istiqamətində  bundan  sonra  da qanunamüvafiq  tədbirlər  həyata  keçiriləcək. Sakinlərə müraciət edərək bildiririk ki, yerli icra və bələdiyyə orqanlarının, Qida Təhlükəsizliyi Agentliyinin və polis əməkdaşları ilə birgə aparılan reydlərə baxmayaraq bəzi fiziki şəxslər və istehsalçılar tərəfindən küçədə ərzaq məhsullarının, xüsusən də plasmas qablarda qazlı suların, kənd təsərrüfatı məhsullarının, tez xarab olan süd və süd məhsullarının heç bir gigiyenik normaya əməl olunmadan satışının həyata keçirildiyi müşahidə edilir. İsti yay günlərində bu məhsulların açıq havada satılması əhali arasında mədə-bağırsaq və qida zəhərlənmələrinin yaranması üçün əlverişli şərait yaradır.

Bununla yanaşı, satılmayan məhsullar, qida qalıqları və xarab olan kənd təsərrüfatı məhsulları yolların kənarlarına tökülür. Bu da antisanitariya vəziyyətinin yaranmasına, ətraf mühitin çirklənməsinə səbəb olur. Rayon ərazisində yaşanan bu kimi hallara qarşı yerli strukturlar tərəfindən qanunamüvafiq şəkildə tədbilər həyata keçiriləndə isə bəzi şəxslər tərəfindən küçə ticarətinin müdaifiə olunması, qanunlara əməl edilməməsi və hətta şantaj xarakterli əməllər törədilir ki, bu da son nəticədə rayonda sanitar-gigiyenik normaların pozulmasına gətirib çıxardır. Ona görə də Abşeron sakinlərindən küçə ticarətinə qarşı tədbirlərin aparılmasında aidiyyatı təşkilatlara köməklik göstərmələrini xahiş edirik. Bu həm də hər bir sakinin vətəndaşlıq borcudur”, - açıqlamada deyilir
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol