• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda axtarışda olan qadın evdə oğurluq edərkən yaxalanıb

Bakıda axtarışda olan qadın evdə oğurluq edərkən yaxalanıb
03.08.2020 09:55
Bakıda mənzildə oğurluq hadisəsi baş verib.

Anews.az Report-a istinadən xəbər verir ki, hadisə avqustun 1-i günorta saatlarında paytaxtın Yasamal rayonu Mirəli Seyidov küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, naməlum şəxs evə açıq qapıdan keçməklə içərisində 40 manat, 50 avro, 180 manat dəyərində qızıl-zinət əşyaları, saat və sənədlər olan 2 ədəd əl çantasını oğurlayıb.

Faktla bağlı başlanılan cinayət işi üzrə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələriylə (177, 234, 231, 185) məhkum olunmuş və CM-nin 177-ci (oğurluq), 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olan Günay Abdullayeva saxlanılıb.

Faktla bağlı başlanılan cinayət işi üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol