• $
  • €
  • ₽
  • ₺
  • £

Kənd Təsərrüfatı Nazirliyi Prezidentin fərmanının icrasına başlayıb

Kənd Təsərrüfatı Nazirliyi Prezidentin fərmanının icrasına başlayıb
03.08.2020 10:39
"Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişikliklər edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Fərman imzalayıb. Fərmana əsasən, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçəcəklər.

Bu barədə Anews.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, fermerdən tədarük edilən məhsulları saxlamaq üçün istifadə edilən soyuducu anbarlar, taxıl elevatorları və istixanalar onlar üçün EKTİS-də müəyyən edilən hesabat formalarna uyğun olaraq informasiyanı mütəmadi sistemə daxil edəcəklər.

Pandemiya səbəbindən yaranmış şəraitdə iqtisadi siyasət sahəsində təxirəsalınmaz qərarların vaxtında və çevik qəbul edilməsi üçün iqtisadiyyatda baş verən proseslərin operativ izlənilməsi və bu barədə dövlət qurumlarının mütəmadi məlumatlandırılması məqsədilə məlumatların müvafiq elektron bazaya daxil edilməsi və bu elektron bazaya bütün aidiyyəti qurumların çıxışının təmin olunması aktualdır.

Bununla əlaqədar,

ölkədə ərzaq ehtiyatlarının idarə edilməsi və bu sahədə yarana biləcək risklərin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin görülməsi,
ölkədə mövcud soyuducu anbarlar, istixanalar və taxıl elevatorlarından istifadə səviyyəsinin qiymətləndirilməsi,

bu sahədə təhlillərin aparılması,

dəstək tədbirlərinə ehtiyacın müəyyən edilməsi məqsədilə soyuducu anbarların, istixanaların və taxıl elevatorlarının EKTİS-də reyestrinin yaradılması və bu sistem vasitəsilə mütəmadi (aylıq) hesabatlılığının həyata keçirilməsi təmin ediləcək.

Qeyd edilib ki, Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına əsasən ölkədə kənd təsərrüfatı sahəsində dövlət dəstəyinin elektron qaydada göstərilməsi üçün EKTİS-in imkanlarından istifadə edilməklə ölkədə fəaliyyət göstərən fermerlərin, tədarükçülərin, baytarların, süni mayalanma mütəxəssislərinin və digər kənd təsərrüfatı subyektlərinin xidmət göstərməsi və ya xidmət alması təmin edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol