• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini: “26 min vakant iş yerimiz var"

Nazir müavini: “26 min vakant iş yerimiz var"
04.08.2020 17:45
"190 manatla bağlı bizə olan çoxlu müraciət daxil olur. Vətəndaşların bununla bağlı şikayətləri var”.

Anews.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Elnur Allahverdiyev deyib.

O bildirib ki, kimin 190 manata həqiqətən ehtiyacı olub-olmadığını araşdırmaq elə çətin məsələ deyil.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev isə bildirib ki, 190 manat proqramının ilkin icrası zamanı 200 min şəxs nəzərdə tutulmuşdu:
 
"Prezidentin tapşırığı il bu say 600 minə qaldırıldı. Mexanizm belədir ki, "Məşğulluq haqqında” qanuna əsasən, işsiz kimi qeydiyyatda olan şəxslərə ödəmələr düşür. Pandemiya dövründə işini itirən şəxslərə də işsiz statusunun verilməsini nəzərdə tutduq. Bundan sonra 16 bölgə üzrə xüsusi sərtləşdirilmiş karantin rejimi tətbiq edildi. Bu da nəzərə alınaraq vətəndaşlara sosial ödənişlər yenidən verildi. 2016-cı ildən həyata keçirilən ictimai işlər proqramını 90 minə qədər qaldırdıq.
 
Vətəndaşlar işləmək əvəzinə daha çox 190 manat üçün müraciət edirlər. Bizim 26 mindən artıq vakant iş yerimiz var. 190 manatla bağlı şikayətlər nazirlik tərəfindən fərdi qaydada araşdırılır. Problemi olan vətəndaş dəvət olunur. Onlara mövcud qanunvericilik çərçivəsində müxtəlif işlər təklif olunur. Amma bir sıra halda vətəndaşlar bu işlərdən imtina edir, 190 manat ödənilməsini tələb edirlər. Məşğulluq Mərkəzi təklif edilən işdən imtina edən vətəndaşı işsiz kimi qeydiyyata almaqdan imtina edir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol