• $
  • €
  • ₽
  • ₺
  • £

40 minədək işsiz şəxsə sığorta ödənişi ediləcək

40 minədək işsiz şəxsə sığorta ödənişi ediləcək
05.08.2020 20:00
"İşsizlikdən sığorta haqqında” hazırda qüvvədə olan Qanuna əsasən işsizlikdən sığorta ödənişi işsiz kimi qeydiyyata alınmış, əmək müqaviləsinə dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisarı ilə əlaqədar xitam verilmiş və azı 3 il sığorta stajına malik olan şəxslərə təyin edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Anews.az-a verilən məlumata görə, yeni qanun layihəsində həmin  şəxslər üçün sığorta stajının 3 ildən 1 ilədək azaldılması təklif edilir.

Habelə, layihədə mühüm məqamlardan biri kimi, müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslərə də sığorta ödənişi verilməsi təklif olunur. Həmin təklifə əsasən, bu zaman şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalıdır. Sığorta ödənişinin minimum əmək haqqı qədər və 3 ay müddətinə ödənilməsi nəzərdə tutulur.

Layihə qəbul ediləcəyi halda il ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq.

Son illərdə sosial təminat növləri üzrə ödənişlərin təyinatının elektronlaşdırılması təmin edilib. Yeni layihədə işsizlikdən sığorta ödənişinin də elektron təyinatı mexanizminin yaradılması nəzərdə tutulub. Bu da işsiz şəxslərin hər hansı quruma müraciət etmədən onlara elektron qaydada işsizlikdən sığorta ödənişinin aparılmasına imkan verəcək.

"İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə” yeni qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin son iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb və layihə komitədə səsə qoyularaq, parlamentin plenar iclasına tövsiyə edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol