Bakıda 1 milyonluq qızılları oğurlanan şəxsin kimliyi bəlli oldu

Bakıda 1 milyonluq qızılları oğurlanan şəxsin kimliyi məlum olub.
Anews.az-in hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, həmin şəxs paytaxt sakini, 1969-cu il təvəllüdlü Zülfiyyə Əliyevadır.
Məlumata görə, 75 min dollarlıq qızılı iki nəfər oğurlayıb. Onlar ev sahibinin tanışları olublar və qadının evdə olmayacağı vaxtı planlaşdıraraq mənzilə gəliblər. Orada evdə heç bir dağıntı törətmədən birbaşa seyfi xüsusi aparatla kəsərək içindən qızılları aparıblar.
Bir milyon manatlıq qızıl-zinət əşyalarının içində qızıl sikkələr, qara briliantlar, medalyonlar və kalelər olub. Cinayəti törətməkdə şübhəli bilinənlərdən biri - 25 yaşlı Tural Rəhimli saxlanılıb. Onun ortağı olmaqda şübhəli bilinən 40 yaşlı Əkbər Salmanov isə hələ ki, istintaqdan gizlənməyi bacarıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























