Həyət evləri də optik xətlərlə təmin edilir - Nazirlik

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) "Evədək optika” layihəsinin əhatə dairəsinə fərdi yaşayış evlərini də daxil edib.
Bu barədə Anes.az-a Nazirlikdən məlumat verilib.
Yeni telekommunikasiya infrastrukturu Biləcəri qəsəbəsində yerləşən Xudadat bəy Məlikaslanov küçəsində yaradılıb. Sakinlər optik xətlər üzərindən keyfiyyətli multimedia xidmətləri, eləcə də bu xidmətləri dəstəkləyən pulsuz modemlərlə təmin ediliblər.
Eyni zamanda "Evədək optika” layihəsinin Bakıətrafı ərazilərdə də həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə "Baktelecom” tərəfindən bir çox fərdi yaşayış evlərinin yerləşdiyi massivlərdə optik infrastruktur qurulur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























