• $
  • €
  • ₽
  • ₺
  • £

“DOST” mərkəzlərində vətəndaş qəbulu bərpa olunub

“DOST” mərkəzlərində vətəndaş qəbulu bərpa olunub
06.08.2020 20:00
İyunun 21-dən etibarən ölkədə elan olunan sərtləşdirilmiş xüsusi karantin rejimini ilə əlaqədar "DOST” mərkəzlərində fasilə verilən vətəndaş qəbulu bərpa olunub.

"Report" xəbər verir ki, mərkəzlər saat 9:00-dan 18:00-a qədər vətəndaşların xidmətində olub.
İlk gündə Bakı şəhərində fəaliyyət göstərən DOST mərkəzlərinə rekord sayda vətəndaş müraciəti qeydə alınıb. Müraciət edən vətəndaşların ümumi sayı 1 718 nəfər olub.

"DOST” mərkəzlərinə daxil olan vətəndaş müraciətlərinin 74%-i əmək pensiyası və sosial müavinət sahələrində göstərilən xidmətlər üzrə, 17%-i məşğulluq sahəsində göstərilən xidmətlər üzrə, 5%-i əlillik və sağlamlıq imkanlarının məhdudluğu sahəsində göstərilən xidmətlər üzrə, 4%-i isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi üzrə olub.

Vətəndaşlara xidmət prosesi zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 virusundan qorunmaqla bağlı tövsiyələrinə əməl edilib. Əməkdaşların qoruyucu maskalarla təmin edilməsi ilə yanaşı DOST mərkəzlərində vətəndaşların da dezinfeksiyaedici məhlullardan istifadə etməsi üçün şərait yaradılıb. Mərkəzlərə gələn vətəndaşların da qoruyucu maskalarından istifadə etmələri və sosial məsafə saxlamaları tövsiyə edilib.

Qeyd edək ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar iyun ayının 21-dən etibarən DOST mərkəzlərində xüsusi iş rejimi tətbiq edilirdi. Vətəndaşların müraciətləri yalnız e-poçt və "Çağrı Mərkəzi 142” vasitəsilə qəbul edilirdi.

Xatırladaq ki, hazırda Bakı şəhərində 3 "DOST” mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər paytaxtın Yasamal, Səbail, Qaradağ, Nizami, Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayonlarından qeydiyyatda olan əhaliyə xidmət göstərir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol