• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda koronavirusla bağlı yeni çağrı mərkəzi fəaliyyətə başladı

Azərbaycanda koronavirusla bağlı yeni çağrı mərkəzi fəaliyyətə başladı
06.08.2020 14:17
Səhiyyə Nazirliyi tərəfindən yaradılan işçi qrupunun üzvü Sevda Məmmədova verdiyi onlayn müsahibəsi zamanı yeni fəaliyyətə başlamış 814 Çağrı Mərkəzinin fəaliyyəti haqqında ətraflı danışıb.

Nazirlikdən Anews.az-a bildirilib ki, işçi qrupunun üzvü cari ilin iyul ayından etibarən xidmət göstərən yeni Çağrı Mərkəzinin əsas məqsədləri haqqında məlumat verib.

O bildirib ki, Bakı şəhəri üzrə fəaliyyət göstərən 814 Çağrı Mərkəzi COVID-19 virusuna yoluxma şübhəsi olan vətəndaşları dislokasiyaları üzrə məntəqələrə yönəldir, koronavirusla bağlı həkim məsləhətinə ehtiyacı olanlara yaşadıqları əraziyə aid olduğu tibb müəssisəsi barədə məlumat verir və vətəndaşların sahə həkimləri ilə əlaqələrini təmin edir.

Bundan sonra Səhiyyə Nazirliyi tərəfindən yaradılan işçi qrupunun üzvü Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə dəstək məqsədilə yaradılmış 814 Çağrı Mərkəzinin iş günlər və saatlarını açıqlayıb: həftənin 6 günü, bazar ertəsindən etibarən şənbə gününədək, səhər saat 8-dən axşam saat 8-dək. Müsahibə zamanı 814 Çağrı Mərkəzində 40 nəfər operatorun çalışması, iyul ayı ərzində bura daxil olan zənglərin sayı isə 11 000-dən artıq olması da qeyd olunub.

Bundan sonra Sevda Məmmədova ağır simptomlu və hərarəti 38-dən yüksək olan xəstələrin 103 nömrəsi vasitəsilə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməli olduqlarını vurğuladı.

"814 Çağrı Mərkəzi tərəfindən polinklinikalarla əlaqə saxlama yolları və evdə müalicə prosesi ilə bağlı şikayətlər qeydə alınır” – deyə, Sevda Məmmədova müsahibəsini davam etdirdi. Çağrı Mərkəzinə daxil olan müraciətlər arasında evdə müalicə olunan ağır xəstələrə tibbi xidmətin göstərilməsi ilə bağlı olur. Bu kimi hallarda vətəndaşlara bildirilir ki, ağır simptomlu, məsələn, 38 və daha yüksək dərəcəli hərarəti olan xəstələr mütləq xəstəxanaya yerləşdirilib, stasionar müalicə almalıdır, çünki onların vəziyyəti dəyişkəndir və hər an ağırlaşa bilər. Beləliklə, ağır simptomlu və yüksək qızdarmalı COVID-19 xəstələri 103 nömrəsi vasitəsilə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməlidir. Daxil olan bütün müraciət və şikayətlər Çağrı Mərkəzi tərəfindən qeydə alınır və işçi qrupuna yönləndirilir. Müraciət və şikayətin növündən asılı olaraq işçi qrupunun müvafiq üzvü həmin məsələnin həlli ilə məşgul olur.

Sevda Məmmədova musahibəsinin sonunda xüsusi qeyd edib ki, yalnız sahə həkiminin tərəfindən test etmək zəruriyyəti təsdiq olunduqdan sonra səyyar tibbi xidmət COVID-19 şübhəsi olan vətəndaşın ünvanına test almaq məqsədilə göndərilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol