• $
  • €
  • ₽
  • ₺
  • £

Kiyevdə azərbaycanlı tələbələrə silahlı hücumun görüntüləri ortaya çıxıb - VİDEO

Kiyevdə azərbaycanlı tələbələrə silahlı hücumun görüntüləri ortaya çıxıb - VİDEO
06.08.2020 17:20
Iyulun 24-də saat 21:30-da (Bakı vaxtı ilə saat 22:30-da) Kiyevdə dörd azərbaycanlı tələbəyə hücum edilib. Rəsmi şəkildə hücumun Ukraynadakı erməni diasporunun nümayəndəsi tərəfindən həyata keçirildiyi məlum olub.
Tapança ilə silahlanan şəxs soyuqqanlı şəkildə tələbələrimizə atəş açıb, bundan sonra isə 50-RV-100 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen” markalı maşınla hadisə yerindən uzaqlaşıb.

Hücum nəticəsində iki azərbaycanlı yaralanıb. Onları Kiyevdəki 8 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Azərbaycan vətəndaşı Nicat Kərimov ayağından güllə yarası alıb. Oxşar xəsarət alan ikinci zərərçəkən Azər Abbasova hadisə yerində tibbi yardım göstərilib. Ərazidə daha sonra 9 millimetrlik gilizlər tapılıb.
Azərbaycanın Ukraynadakı səfirliyi vəziyyəti nəzarətdə saxlayır.

Media.Az-a bugünkü müsahibəsində rezonans doğuran hadisəni şərh edən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova bildirib ki, cinayət işi açılıb, lakin yazılı müraciət, şikayət olmadan araşdırma aparmaq çətindir.

Bununla yanaşı, bu gün Media.Az hadisə yerindən daha əvvəl heç bir yerdə dərc olunmamış eksklüziv videokadrları tapmağa müvəffəq olub. Kadrlarda tələbələrimizlə söhbət zamanı erməni mənşəli olmasını etiraf edən yetkin kişinin onlara soyuqqanlı şəkildə atəş etdiyi dəqiq görünür.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol